Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Media

KİV rəhbərləri Zahir Əmənovla bağlı nazir Vilayət Eyvazova müraciət edib

User 14 Aprel 2022 - 19:01 (Last updated: 21 May 2025 - 20:15)
zahir emenov

Bir sıra jurnalist təşkilatları və kütləvi informasiya vasitələrinin rəhbərləri “Cənub.az” regional xəbər saytının redaktoru Zahir Əmənovun saxlanılması ilə əlaqədar Azərbaycanın daxili işlər naziri Vilayət Eyvazova müraciət ediblər.

Onlar nazirdən istintaq müddətində jurnalisti həbs etməməyi xahiş edirlər.

“Aprelin 13-də Masallı rayonunda polis “Cənub.az” regional xəbər saytının təsisçisi və baş redaktoru Zahir Əmənovu saxlayıb. O, günorta  redaksiyanın ofisində saxlanılıb. Hüquq-mühafizə orqanlarından bildirilib ki, Əmənov Masallı rayonu Sığdaş kənd ərazi nümayəndəsi İsrafil Əliyevin şikayəti əsasında saxlanılıb. Guya Əmənov onu gözdən salacaq materialın dərcilə şantaj edib və 1500 manat pul alarkən cinayət başında yaxalanıb. Bununla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1 maddəsilə (hədə-qorxu ilə tələb etmə) cinayət işi başlanıb”, – media cameəsi nümayəndələrinin müraciətində deyilir.

Müəlliflər ittihamların səhihliyinə şübhə edirlər. “Biz uzun illərdir ki, Zair Əmənovu Azərbaycanın aparıcı regional KİV-lərindən birinin rəhbəri, təcrübəli, alicənab jurnalist kimi tanıyırıq və onun kimdənsə pul tələb etdiyinə inanmırıq”, – müraciət müəllifləri qeyd edirlər və obyektiv araşdırmanın aparacağına ümid edirlər.

“Əmənovun regional jurnalistikanın inkişafında böyük rolunu, yaşını nəzərə alaraq, istintaq müddətində həbsdə saxlanılmamasını xahiş edirik”, – müraciətin sonunda deyilir.

Sənədi “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev, Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna-Zerkalo” nəşrinin baş redaktoru  Elçin Şıxlı, Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev, “Pressklub” TV kanalının direktoru Qulu Məhərrəmli, xural.com saytının baş redaktoru Əvəz Zeynallı imzalayıblar. (Turan)

Post navigation

Previous: Vətəndaşlar xaricdən Azərbaycana nə qədər pul göndərir? –
Next: Prezident İlham Əliyevin Albaniyanın Baş naziri ilə təkbətək görüşü olub

Oxşar xəbərlər

ayfon 17
  • Media

Azərbaycanda iPhone mövqelərini niyə itirir? – Samsung və Xiaomi önə keçir

User 02 Noyabr 2026 - 15:05
vuqar zif
  • Media

Mətbuat Şurasının sədri – Jurnalistə qarşı baş vermiş zorakılıq qəbuledilməzdir

User 01 Noyabr 2026 - 18:37
suni intelekt is
  • Media

Süni intellekt bumeranqı – Şirkətlər işdən çıxardıqları əməkdaşları geri çağırır

User 01 Noyabr 2026 - 16:00

xƏBƏR

lukoyl
  • İqtisadiyyat

ABŞ-li milyarder “Lukoyl” aktivlərini almağa hazırlaşır – 22 milyard dollarlıq portfel satışda

User 03 Noyabr 2026 - 22:40
ABŞ-li milyarder Todd Boelinin rəhbərlik etdiyi investorlar konsorsiumu ABŞ sanksiyaları altında olan Rusiyanın “Lukoyl” neft şirkətinin xarici...
Read more about ABŞ-li milyarder “Lukoyl” aktivlərini almağa hazırlaşır – 22 milyard dollarlıq portfel satışda
Gəncədə bacıoğlu 88 yaşlı xalasını döyərək öldürüb Qətl
  • Kriminal

Gəncədə bacıoğlu 88 yaşlı xalasını döyərək öldürüb

User 03 Noyabr 2026 - 22:23
Çayxorların bilməli olduğu 5 mühüm məqam – Nələr sağlamlığa zərər verə bilər? çay
  • Maraqlı

Çayxorların bilməli olduğu 5 mühüm məqam – Nələr sağlamlığa zərər verə bilər?

User 03 Noyabr 2026 - 20:05
İran müharibəsinin Avropaya maliyyə zərəri açıqlandı -127 milyard avro! hormuz
  • İqtisadiyyat

İran müharibəsinin Avropaya maliyyə zərəri açıqlandı -127 milyard avro!

User 03 Noyabr 2026 - 19:50
Paşinyan TRIPP layihəsi ilə bağlı danışdı – Cənubi Qafqazın yeni rolu nə olacaq? pasinyan01
  • Dünya

Paşinyan TRIPP layihəsi ilə bağlı danışdı – Cənubi Qafqazın yeni rolu nə olacaq?

User 03 Noyabr 2026 - 19:39
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.