KİV: Tramp Rusiyaya sərt sanksiyaları Xarkovda uşaq bağçasına hücumdan sonra qəbul edib

ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyaları Xarkovda uşaq bağçasına dron hücumu baş verdikdən sonra tətbiq edib.

APA xəbər verir ki, bu barədə CNN administrasiyadakı mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, hücum zamanı uşaqların böyüklərlə birlikdə qorxu içində binadan qaçaraq çıxması kadrları qərarın əsas səbəblərindən biri olub.

Qeyd olunur ki, Prezident həmçinin Qəzzadakı danışıqlar təcrübəsini xatırlayıb və yalnız sərt addımların nəticə verdiyini vurğulayıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.