Kiyevə PUA hücumu nəticəsində 26 nəfər yaralanıb

Tatarıstana
Tatarıstana

Oktyabrın 26-na keçən gecə Rusiya ordusu Kiyevə kütləvi dron hücumu həyata keçirib.

“RBK Ukraine” saytı xəbər verir ki, hücum nəticəsində paytaxtda yanğın baş verib, ümumilikdə 26 nəfər xəsarət alıb, onların arasında altı uşaq var.

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, saat 02:23 radələrində Kiyev istiqamətinə bir qrup “Şahed” tipli kamikadze dronu hərəkət edib. Bir neçə dəqiqə sonra şəhərdə hava həyəcanı elan olunub.

Zərbələr əsasən Desnyanski və Obolonski rayonlarına dəyib. Hadisə yerinə xilasedicilər və tibb briqadaları cəlb olunub.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.