Kiyev atəşkəs memorandumunu Moskvaya verib

Kiyev atəşkəs memorandumunu Moskvaya təhvil verib.

AzPost bildirir ki, Ukraynanın müdafiə naziri Rustem Umerovun verdiyi xəbərə görə, o, atəşkəs haqqında memorandumu Rusiya prezidentinin köməkçisi Vladimir Medinskiyə verib.

“Rusiya nümayəndə heyətinin rəhbərinə Ukraynanın mövqeyini əks etdirən sənədimizi verdim. Onlar bu sənədi aldılar. Biz Ukraynanın tam və qeyd-şərtsiz atəşkəsə və gələcək diplomatik işə hazır olduğunu təsdiqləyirik. Biz ruslarla görüşlərin əleyhinə deyilik və onların “memorandumunu” gözləyirik ki, görüş boş olmasın və həqiqətən də müharibənin sonunu yaxınlaşdıra bilsin”, – o deyib.

Umerov əlavə edib ki, Rusiya tərəfinin yola düşməsinə hələ dörd gün qalıb. O vurğulayıb ki, tərəflərin görüşləri nəticə verməlidir. Ona görə də hər bir görüş lazımi səviyyədə hazırlanmalıdır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.