Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Kiyev gecəni sığınacaqlarda keçirdi

Orkhan Ali 10 İyun 2025 - 08:42 (Last updated: 10 İyun 2025 - 08:08)
Rusiya-Ukrayna müharibəsi

Rusiya-Ukrayna müharibəsi

İyunun 10-u Rusiya ilə Ukrayna arasında gərginlik növbəti dəfə zirvəyə çatıb. AzPost xəbər verir ki, gecə saatlarında Ukraynanın paytaxtı Kiyev şəhərinə Rusiya ordusu tərəfindən çoxkombinasiyalı hava hücumları həyata keçirilib. Paytaxtın yeddi rayonu birbaşa hücuma məruz qalıb.

Gecə boyu şəhərdə güclü partlayış səsləri eşidilib və hava hücumundan müdafiə sistemləri aktivləşdirilib. Baş verən təhlükə səbəbindən paytaxt sakinləri gecəni yeraltı metro stansiyalarında keçirməyə məcbur olublar. Hücumlar nəticəsində paytaxtın müxtəlif bölgələrində yanğınlar və ciddi dağıntılar qeydə alınıb.

Ukrayna Hərbi Hava Qüvvələri isə bəyan edib ki, Kiyev, Çerniqov və Çerkassı vilayətlərində də PUA uçuşları qeydə alınıb. Kiyev meri Vitali Kliçko paytaxtın kütləvi şəkildə dron atəşinə tutulduğunu təsdiqləyib. Hazırda zərərçəkənlərlə bağlı məlumatlar dəqiqləşdirilir.

Digər tərəfdən, bu hücumların ardınca Rusiyanın özündə də təhlükəsizlik tədbirləri gücləndirilib. Moskvanın Domodedovo, Şeremetyevo, Vnukovo və Jukovski hava limanlarında PUA hücumu təhlükəsi səbəbilə “Xalça” rejimi tətbiq edilib. Hava limanları müəyyən müddət ərzində təyyarələrin enməsinə və uçmasına icazə verməyib.

Moskva vilayətinin Naro-Fominsk, Domodedovo, Ramenskoye, Odintsovo və Jukovski bölgələrində də partlayış səsləri eşidildiyi bildirilir. Jukovski və Naro-Fominsk sakinləri ən azı on yüksək səs dalğası eşitdiklərini bildiriblər.

Son məlumata görə, Moskvanın əsas hava limanlarında məhdudiyyətlər aradan qaldırılıb və təyyarələrin qəbulu, yola salınması bərpa olunub. Lakin Kaluqa və Tambov hava limanlarında hələ də təhlükəsizlik səbəbilə məhdudiyyətlər qüvvədə saxlanılır.

AzPost.az

Post navigation

Previous: “Təmiz Gələcək: Orqanik İstehsal və Aqrar İnnovasiyalar” layihəsinin icrasına start verilib
Next: ABB müştərisi “Qatar Airways” biletini ala bilmədi

Oxşar xəbərlər

Avropanın çığır-bağırı Trampın vecinə də deyil
  • Dünya

Tramp vitse-prezident Vensi İranla bağlı danışıqlardan kənarlaşdırdı

User 13 Noyabr 2026 - 13:14
zelenski
  • Dünya

“Allah eləsin, müharibə başa çatsın… Açıqlamağa hazır olmadığım məsələlər var”- ZELENSKİ

User 13 Noyabr 2026 - 11:28
zelenski uitkof kusner
  • Dünya

Moskvanın etirazına baxmayaraq, Avropa Ukrayna danışıqlarına cəlb olunur

User 13 Noyabr 2026 - 09:26

xƏBƏR

Tibbi Yardım
  • Maraqlı

Tez-tez susayırsınız və ayaqyoluna gedirsiniz? – Bu xəstəliyin əlaməti ola bilər

User 13 Noyabr 2026 - 14:11
Şəkərsiz diabet zamanı qanda qlükozanın səviyyəsi normal qalır, lakin su balansının pozulması səbəbindən orqanizm çox miqdarda maye...
Read more about Tez-tez susayırsınız və ayaqyoluna gedirsiniz? – Bu xəstəliyin əlaməti ola bilər
Sabah 22 dərəcə isti olacaq – HAVA Hava
  • Sosial

Sabah 22 dərəcə isti olacaq – HAVA

User 13 Noyabr 2026 - 13:18
Tramp vitse-prezident Vensi İranla bağlı danışıqlardan kənarlaşdırdı Avropanın çığır-bağırı Trampın vecinə də deyil
  • Dünya

Tramp vitse-prezident Vensi İranla bağlı danışıqlardan kənarlaşdırdı

User 13 Noyabr 2026 - 13:14
Azərbaycan “Avropa Siyasi Birliyi”nin üç sənədini imzalamaqdan imtina edib xin
  • Siyasət

Azərbaycan “Avropa Siyasi Birliyi”nin üç sənədini imzalamaqdan imtina edib

User 13 Noyabr 2026 - 13:02
Media və Yayım Şurası açıqlama yaydı media yayim açlqma
  • Media

Media və Yayım Şurası açıqlama yaydı

User 13 Noyabr 2026 - 12:50
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.