Kiyev ilin əvvəlindən Qərbdən 33,8 milyard dollar yardım və kredit alıb

Bu ilin əvvəlindən Kiyevin Qərb ölkələrindən aldığı qrant və kreditlərin həcmi 33,8 milyard dollar olub.

Azpost.info xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyi məlumat yayıb.

“2023-cü ildə xarici maliyyələşdirmənin ümumi həcmi 33,8 milyard dollar olub. Xarici yardımın ən böyük mənbələri Avropa İttifaqı – 14,7 milyard dollar, ABŞ – 10,9 milyard dollar, BVF – 3,6 milyard dollar və Kanada – 1,8 milyard dollar olub”, – nazirlik bildirib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.