“Kiyev kütləvi qırğın silahlarından istifadə riskləri yaradır”- LAVROV

“Kiyev kütləvi qırğın silahlarından istifadə riskləri yaradır”.

Azpost.info xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Vahid Rusiya” partiyasının iclasında bildirib.

“Zelenski Qərbi Rusiyaya qarşı qabaqlayıcı nüvə zərbəsi endirməyə çağırmaqla bütün dünyaya Kiyev rejimindən gələn təhdidlərin daha bir sübutunu təqdim edib. “Katiblərinin Ukrayna prezidentinin sözlərinin başqa məna daşıdığını iddia etmək cəhdləri gülüncdür. Çünki hələ yanvar ayında Zelenski Ukraynanın nüvə silahına sahib olmaq istəyindən danışmışdı”, – Lavrov deyib.

Azpost.info

Əvvəlki məqalə

Nobel Sülh mükafatının qalibləri məlum oldu

Sonrakı məqalə

Gəncədə əmək dərsində hazırladıqları salatı yeyən şagirdlər zəhərlənib