Gəncədə əmək dərsində hazırladıqları salatı yeyən şagirdlər zəhərlənib

Gəncə şəhər 3 nömrəli tam orta məktəbin şagirdləri arasında zəhərlənmə olub.

Məktəbin 6 şagirdi zəhərlənib.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən faktı APA-ya təsdiqləyiblər.

TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 07.10.2022-ci il tarixdə saat 11:30 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə zəhərlənmə ilə 6 yeniyetmə daxil olub.

İlkin tibbi yardım göstərildikdən sonra onlardan 4-ü ambulator müalicə üçün evə buraxılıb. Hazırda iki nəfərin müalicəsinə tibb müəssisəsinin İntensiv terapiya şöbəsində davam edilir, vəziyyətləri orta stabildir.

APA-nın əldə etdiyi xəbərə görə, şagirdlər məktəbdə Texnologiya dərsində özlərinin hazırladığı salatdan zəhərləniblər.

Zəhərlənən şagirdlər 2010-cu il təvəllüdlü Əlizadə Yusif Anar oğlu, Babayeva Ayşə Ramin qızı, Paşayeva Nuray Nicat qızı, 2011-ci il təvəllüdlü Bağırov Məhəmməd Mətləb oğlu, Heydərova Zeynəb Seymur qızı və Aslanova Aytac Samir qızıdır.

Əvvəlki məqalə

“Kiyev kütləvi qırğın silahlarından istifadə riskləri yaradır”

Sonrakı məqalə

Ərdoğan və Putin Ukraynadakı vəziyyəti müzakirə ediblər