Kiyev Makronun Rusiya ilə bağlı təklifinə “yox” deyir- “Le Monde”

Kiyev Fransa prezidenti Emmanuel Makronun Avropanın gələcək təhlükəsizlik arxitekturasının bir hissəsi kimi Rusiyaya zəmanətlərin verilməsi təklifinə qarşı çıxıb.

Azpost.info xəbər verir ki, bu barədə “Le Monde” Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermaka istinadən yazıb.

Nəşrə müsahibə verən Yermak Makronun təklifini Ukrayna mətbuatından öyrəndiyini deyib və bu açıqlamanın hansı kontekstdə verildiyini bilmədiyini vurğulayıb: “Məndən Rusiya üçün təhlükəsizlik zəmanətinin lazım olub-olmadığını soruşsanız, cavab verəcəm ki, bunun əleyhinəyəm”.

Yermak həmçinin Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinin tərəfdarı olduğunu bildirib. Onun sözlərinə görə, ilkin nəticələri ümumiləşdirmək və gələcək fəaliyyətləri müəyyən etmək üçün bu məsələ ilə bağlı beynəlxalq konfrans keçirmək lazımdır.

Azpost.info

Əvvəlki məqalə

İsrail XİN rəhbəri Ceyhun Bayramovu ölkəsinə səfərə dəvət edib

Sonrakı məqalə

“NATO-ya üzvlük müraciətimizə qarşı təxribatdır”