Kiyevdə partlayışlar baş verib.
Azpost.info bildirir ki, bu barədə Ukrayna İctimai televiziyası Telegram kanalında məlumat yayıb.
“Kiyevdə partlayış səsləri eşidilir”, – deyə kanal yazır.
Paytaxtın yaxınlığında hava hücumundan müdafiə sisteminin fəaliyyət göstərir. Daha sonra telekanal növbəti partlayışlar silsiləsi barədə məlumat yayıb.
Ukrayna Rəqəmsal Transformasiya Nazirliyinin onlayn xəritəsinə əsasən, şəhərdə və Kiyev vilayətində hava hücumu xəbərdarlığı elan edilib.