Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Kiyevdə Azərbaycan abidələrini raketdən qorumaq üçün üzləyirlər

User 18 Noyabr 2025 - 11:08 (Last updated: 18 Noyabr 2025 - 11:09)
abide01

Azərbaycanın Ukraynadakı səfirliyinə edilən hava zərbəsindən və ümumiyyətlə Rusiya ordusunun Kiyevə endirdiyi intensiv raket və PUA hücumlarından sonra Ukrayna paytaxtı və Kiyev vilayətində Azərbaycana aid heykəllərin baryerlər və qoruyucu çəpərlərlə mühafizəsi işlərinə başlanılıb.

Artıq səfirliyin qarşısındakı Ümummilli Lider Heydər Əliyevin heykəlinin qorunması istiqamətində tədbirlərə start verilib. Qarşıdakı günlərdə digər abidələrin də mühafizəsi üzrə işlər həyata keçiriləcək. Bu proses SOCAR-ın Ukraynadakı nümayəndəliyi tərəfindən icra olunur.

“SOCAR Ukraine”nin əməkdaşı Andrey Pomiluiko AZƏRTAC-a açıqlamasında bildirib ki, son vaxtlar Kiyevdə Rusiya tərəfindən raket və pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücumların artması abidələrin qorunmasını zəruri edib. “Kiyev şəhəri və Kiyev vilayətində Azərbaycan Respublikasına aid bir sıra abidələr mövcuddur. Bunlara Kiyevdəki Heydər Əliyev parkında yerləşən Heydər Əliyevin abidəsi və fəvvarəsi, İrpen şəhərinin Dostluq parkındakı Zərifə Əliyevanın abidəsi, eləcə də Kiyevdə Nəsimi, Səməd Vurğun və Müslüm Maqomayevin abidələri daxildir. Hazırda bütün bu abidələrin yanğına davamlı brezentlə örtülməsi, ətrafının qum kisələri ilə möhkəmləndirilməsi və üzərinə taxta karkas quraşdırılması işləri aparılır. Abidələrin fasad hissəsində isə onların konturunu əks etdirən banerlər yerləşdiriləcək”,- deyə Andrey Pomiluiko əlavə edib.

Azərbaycana məxsus abidələrin mühafizə işlərinin yaxın bir həftə ərzində tamamlanması nəzərdə tutulur. Heykəllərin açılması isə Ukrayna-Rusiya müharibəsi başa çatdıqdan sonra Azərbaycan dövlətinin qərarı ilə gerçəkləşə bilər.

AzPost.az

Post navigation

Previous: “O dövrdə ABŞ-da Azərbaycanı tanımırdılar” –
Next: Prezident İlham Əliyev Oman Sultanını təbrik edib

Oxşar xəbərlər

manat
  • Sosial

DSMF əmək pensiyalarının bərpası və yenidən təyin edilməsi qaydalarını açıqlayıb

User 22 Oktyabr 2026 - 19:36
din prokurorluq
  • Sosial

Bakıda 25 il əvvəlki qətlin üstü açıldı -RƏSMİ AÇIQLAMA

User 22 Oktyabr 2026 - 17:41
Skuterlər
  • Sosial

Motosiklet, skuter və velosiped oğruları ələ keçdi

User 22 Oktyabr 2026 - 15:06

xƏBƏR

burcler
  • Maraqlı

Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir

User 22 Oktyabr 2026 - 21:18
2026-cı ilin noyabr ayının ortalarına qədər üç bürcün nümayəndələri mühüm düşünmə, prioritetləri yenidən nəzərdən keçirmə və dəyişikliklər...
Read more about Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir
ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı? abs-ukrayna
  • Dünya

ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı?

User 22 Oktyabr 2026 - 21:08
Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi bas aqrisi
  • Maraqlı

Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi

User 22 Oktyabr 2026 - 21:00
“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens vens
  • Dünya

“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens

User 22 Oktyabr 2026 - 20:48
“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi rubio
  • Dünya

“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi

User 22 Oktyabr 2026 - 20:36
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.