Kiyevdə olan Pentaqon rəhbəri Rusiyanın dərinliklərinə zərbəyə icazə verəcəkmi?

Pentaqonun rəhbəri Lloyd Ostin Kiyevə səfəri zamanı Ukraynaya Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün uzaqmənzilli silahlardan istifadə etməyə icazə verməyəcək.

Azpost.info xəbər verir ki, bu barədə “Wall Street Journal” yazır.

Həmçinin yeni hərbi yardımla bağlı heç bir açıqlama verilməyəcək.

Gözlənilir ki, Ukrayna paytaxtına bu səfər onun ABŞ-ın müdafiə naziri kimi sonuncu səfəri olacaq.

Nəşr xatırladır ki, Ostin həmişə Ukraynaya təmkinli yardımın tərəfdarı olub, ABŞ anbarlarından silahların həddən artıq tədarükü və Ukrayna Silahlı Qüvvələrinin təlimində çətinliklərdən narahatlığını bildirib.

Qeyd edək ki, Pentaqonun rəhbəri Lloyd Ostin bu gün elan olunmamış səfərlə Kiyevə gəlib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.