Kiyevə hücumu zamanı Azərbaycan səfirliyinə ziyan dəyib-XİN

vəkili
vəkili

“Avqustun 28-i, gecə saat 3 radələrində Ukraynanın paytaxtı Kiyev şəhərinə raket və dron hücumları baş verib“.

Bu barədə Ayxan Hacızadə  bildirib.

Qeyd edilib ki, raketlərdən biri ölkəmizin Ukraynadakı səfirliyinin binasının yaxınlığında partlaması nəticəsində yaranan zərbədən binaya zərər dəyib.

Bəzi pəncərələr qırılıb, konsulluq bölməsinin damında çatlar əmələ gəlib. Səfirliyin əməkdaşları arasında xəsarət alan olmayıb. Səfirliyimiz fəaliyyətini davam etdirir”, məluamtda deyilir.

Rusiyanın gecə saatlarında Ukraynaya atdığı raketlərdən biri Azərbaycanın Kiyevdəki səfirliyinin yaxınlığına düşüb.

Bu barədə Ukrayna Telegram kanallarında məlumat yayılıb.

Azərbaycan səfirliyinin 100 metr aralığına düşən raket yanğına və güclü partlayışa səbəb olub.

Qeyd edək ki, Rusiya ordusunun ötən ay Kiyevə kütləvi hava hücumu zamanı kamikadze dronlardan biri Azərbaycanın Ukraynadakı səfirliyinin yaxınlığına düşüb. Nəticədə Azərbaycanın Ukraynadakı səfirliyinin yanında partlayış baş verib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.