“Kiyevə silah verilməsini dayandırmaq Ukraynaya sülh gətirməyəcək”- ŞOLTS

“Kiyevə silah tədarükünün dayandırılması Ukraynada sülhə gətirib çıxarmayacaq”.

Azpost.info xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib.

“Berlində “bir daha heç vaxt müharibə olmasın” deyə qışqıranda və eyni zamanda Ukraynaya bütün silah tədarükünün dayandırılmasını tələb edəndə sülhə töhfə vermək mümkün deyil”, – kansler qeyd edib.

Şolts Çin hakimiyyətinin Ukrayna üzrə sülh təşəbbüsünü də xatırladıb. O bildirib ki, Almaniya Pekini qoşunlarını Ukrayna ərazisindən çıxarmaq üçün Moskvaya təsir göstərməyə çağırır.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.