Keçmiş qırğız prezidenti Atambayevin iqamətgahı müsadirə olunub –FOTO

Qırğızıstanda Dövlət Əmlak Fondu keçmiş prezident Almazbek Atambayevin iqamətgahını dövlətin xeyrinə müsadirə edib.

Azpost.info xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb. “Almazbek Atambayevə məxsus Çuy vilayətinin Alaməddin rayonunun Koy-Taş kəndində 2,7 hektar torpaq sahəsindəki ev müsadirə edilərək dövlət mülkiyyətinə keçirilib”, – fonddan bildirilib.

Fond əməkdaşları Atambayevin nümayəndələrinə üç gün ərzində iqamətgahı mebeldən, şəxsi əşyalardan və avtomobillərdən boşaltmağı tələb ediblər.

Rəsmi məlumata görə, eks-prezidentin keçmiş iqamətgahının bazasında ahıllar üçün müəssisənin açılması nəzərdə tutulub. Atambayevin Sosial Demokratlar Partiyasının sədri Temirlan Sultanbekovun sözlərinə görə, Dövlət Əmlak Fondunun əməkdaşları əraziyə təhdidlərlə daxil olub və bu, eks-prezidentin orada yaşayan ailəsini qorxuya salıb. Artıq Atambayevin həyat yoldaşı Raisa polisə şikayət edib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.