Kliniki Tibbi Mərkəzin baş həkimi işdən çıxarılıb

14 İyul 2020 - 17:30

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlının əmri ilə  “Kliniki Tibbi Mərkəz” publik-hüquqi şəxsin direktoru Dadaşov Ədalət İmamcan oğlu öz xahişi ilə tutduğu vəzifədən azad edilib.

Bu barədə APA-ya TƏBİB-dən bildiirilib.

TƏBİB-in İdarə Heyəti sədrinin digər müvafiq əmri ilə Tibb üzrə fəlsəfə doktoru Qafarov İlham Heydər oğlu Xəstəxananın direktoru, Məsimov Hüseyn Məcid oğlu isə direktorun müalicə işləri üzrə müavini-baş həkim vəzifəsinə təyin edilib.