Knyaz Həsənovun sədrliyi ilə Ermənistan parlamentinin iclası keçirilir

Ermənistanın yeni, 8 -ci çağırış parlamentinin ilk iclası keçirilir.

“Sputnik Armenia”nın verdiyi xəbərə görə, parlamentin yeni rəhbərliyi formalaşana qədər onun iclasına ən yaşlı deputat sədrlik edir. Bu, Ermənistan Kürd icmasının parlamentdəki təmsilçisi Knyaz Həsənovdur.

Parlamentin ilk iclasında hesablama komissiyası yaradılacaq, parlamentin sədri və onun üç müavini seçiləcək, həmçinin daimi komissiyalar yaradılacaq və onların rəhbərləri seçiləcək.

Parlamentin bugünkü iclasının gündəliyinə hökumət strukturunun dəyişdirilməsi ilə bağlı qanun, həmçinin Nazirlər Kabinetinin proqramının təsdiq edilməsi daxildir.

Parlamentin iclasında bütün ermənilərin katalikosu II Qaregin və Prezident Armen Sarkisyan da iştirak edir.

Qeyd edək ki, Ermənistan Parlamentinin 8-ci çağırışı 107 deputatdan ibarədir. Parlamentdə “Mülki müqavilə” partiyası 71, müxalifət bloku olan “Hayestan” 29, “Mənim şərəfim var” bloku isə 7 yerə sahibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Avropa İttifaqı yanğınla mübarizə üçün Türkiyəyə təyyarələr göndərdi

Sonrakı məqalə

Rəsul Quliyevin adamı sabiq deputatın qohumlarını bağ evlərinə buraxmır –