Avropa İttifaqı yanğınla mübarizə üçün Türkiyəyə təyyarələr göndərdi

Avropa İttifaqı Türkiyədəki meşə yanğınları ilə mübarizə üçün bu ölkəyə yardım göndərib.

Bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Türkiyədə meşə yanğınları ilə əlaqədar Aİ-nin Mülki Müdafiə Mexanizmi aktivləşdirilib və ilkin olaraq yanğınların söndürülməsinə dəstək vermək üçün 3 amifibiya təyyarəsi (Canadair) göndərilib. Bu təyyarənin 1-i Xorvatiyaya, 2-si isə İspaniyaya məxsusdur.

Aİ-nin Böhranın İdarə edilməsi üzrə Komissarı Janez Lenarcic bildirib ki, Aİ bu çətin vaxtda Türkiyə ilə tam həmrəydir. “Mən dəstək verən bütün ölkələrə təşəkkür edirəm. Fikrimiz yanğınlarda həyatını itirmiş şəxslərin doğmlarının, türkiyəlilərin və ölümcül yanğınlarla mübarizə üçün əllərindən gələni edən cəsur yanğınsöndürənlərin yanındadır. Biz əlavə yardım göstərməyə hazırıq”, – deyə Aİ Komissarı bildirib.

Bildirilib ki, Aİ-nin Fövqəladə Vəziyyətə Müdaxilə ilə bağlı Koordinasiya Mərkəzi vəziyyəti yaxından izləmək və Aİ-nin əlavə dəstəyi üçün Türkiyə hakimiyyəti ilə müntəzəm əlaqə saxlayır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Vətəndaşların neçə faizi toyda koronavirusa yoluxmaqdan qorxmur? –

Sonrakı məqalə

Knyaz Həsənovun sədrliyi ilə Ermənistan parlamentinin iclası keçirilir