Kobaxidze Zelenskinin Gürcüstana qarşı sanksiyalar tətbiq etməsini şərh etdi

Ukraynanın Gürcüstana qarşı sanksiyalar tətbiq etməsi onun çətin vəziyyətini göstərir.

Azpost.info xəbər verir ki, bunu Baş nazir İrakli Kobaxidze bildirib.

Onun sözlərinə görə, Ukrayna bu cür qərarlar müstəqil qəbul etmir.

“İndi haqqında danışdığımız qərar, təbii ki, çətin vəziyyətin əks-sədasıdır. Ən maraqlısı odur ki, Ukrayna hakimiyyəti belə qərarlar qəbul edərkən müstəqil deyil”, – Baş nazir deyib.

Ukrayna prezidenti Vladimir Zelenski bu gün öz Telegram kanalında Gürcüstan hakimiyyətinə qarşı sanksiyaların tətbiqi haqqında fərman imzaladığını bildirib. O cümlədən, Baş nazir İrakli Kobaxidze və hakim “Gürcü arzusu” partiyasının qurucusu Bidzina İvanişviliyə qarşı məhdudiyyətlər tətbiq edilib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.