Koçaryan parlament seçkilərinin nəticələrini tanımadı

Ermənistanın sabiq prezidenti Robert Koçaryanın rəhbərlik etdiyi “Hayastan” bloku növbədənkənar seçkilərin nəticələrini tanımadıqlarını bəyan ediblər. 

Azpost.info bildirir ki, bokun yaydığı bəyanatda bu barədə mövqe açıqlanıb. Bəyanatda deyilir ki, “Hayastan” parlament seçkilərinin nəticələrini tanımağa hələ ki hazırlaşmır.

Blok hesab edir ki, səsvermənin nəticələri mübahisəlidir və etimad yaratmır. Bu nəticələr ölkədə son 8 ayda baş vermiş proseslərlə ziddiyyət təşkil edir.

“Hayastan” bloku səsvermədəki qanun pozuntularını ciddi şəkildə öyrənəcək. Bütün bu məsələlər cavabını tapmayınca səsvermənin nəticələrini tanımayacaq.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycana yay gəlib

Sonrakı məqalə

Bu gün daha bir qrup qrup erməni terrorçusu məhkəmə qarşısına çıxarılacaq