“Koçaryan Qarabağdandır, Ermənistana heç bir dəxli yoxdur” –PAŞİNYAN

“Keçmiş prezidentlərin heç vaxt Ermənistan xalqına  aidiyyatı olmayıb“.

Azpost.info bildirir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün jurnalistlərlə söhbətində bildirib.

Onun sözlərinə görə, Levon Ter-Petrosyan, Robert Köçəryan, Serj Sarkisyan və ətrafdakı siyasi qüvvələr Ermənistan xalqını təmsil etmir,  onların heç vaxt Ermənistan xalqı ilə heç bir əlaqəsi olmayıb.

Paşinyan deyib ki, xalq heç vaxt Robert Köçəryanı və ya Serj Sarkisyanı prezident seçməyib və onlar heç vaxt qanuni lider olmayıblar. Levon Ter-Petrosyan bir dəfə seçilib, lakin o vaxtdan bəri seçilməyib. “Qarabağdan olan son nümayəndələrin (Koçaryan və Sarkisyan) heç bir legitimliyi yox idi. Böyük sual onların kimi təmsil etmələridir”, – deyə o qeyd edib.

Baş nazir deyib ki, Ermənistanı və Ermənistan xalqını bu fırıldağa sürükləyən Levon Ter-Petrosyan olub.

Paşinyan hakimiyyətin 2021-ci ildə olduğu kimi, qarşıdan gələn seçkilərdə də xalqın mühakiməsinə tabe olacağını açıqlayıb. “Biz xalqın istənilən qərarına təvazökarlıqla tabe olacağıq”, – deyə hökumət başçısı əmin edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.