“Koçaryan Rusiyanın casusudur” –Ermənistan parlamentinin sədri

Ermənistan parlamentinin sədri Alen Simonyan sabiq prezident Koçaryanı “Rusiyanın casusu” adlandırıb.

AzPost bildirir ki, spiker bu barədə jurnalistlərə açıqlamasında deyib.

“Hesab edirəm ki, Robert Köçəryan Ermənistanda rus casusu statusuna malik şəxsdir. Bu mənim fikrimdir, mən siyasətçiyəm və siyasi bəyanatlar vermək hüququm var. O, Rusiyanın maraqlarına xidmət edən və bu istiqamətdə xidmətlər göstərən siyasi xadimdir”-deyə Alen Simonyan vurğulayıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.