Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Ölkə

Köçürülmə istəyən tələbələr bunları billməlidir

Orkhan Ali 14 İyul 2025 - 16:11 (Last updated: 14 İyul 2025 - 15:28)
tələbə

2025/2026-cı tədris ili üzrə ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin köçürülməsi prosesinin elektron sənəd qəbulu mərhələsi elan olunub.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, elektron müraciətlərin qəbulu 2025-ci il iyulun 15-i saat 11:00-da başlayacaq və iyulun 22-si saat 18:00-da başa çatacaq. Köçürülmə prosesində iştirak etmək istəyən tələbələr portal.edu.az internet səhifəsində qeydiyyatdan keçərək şəxsi kabinet yaratmalı, daha sonra sistemə daxil olub elektron müraciət formasını doldurmalı və təsdiq etməlidirlər.

Tələbələrin yerdəyişmə prosesi ardıcıl olaraq iki mərhələdən-7 günlük və 20 günlük mərhələlərdən ibarət olacaq. 7 günlük mərhələdə tələbələr tərəfindən elektron müraciətlər formalaşdırılacaq. Müraciətlər əsasında sənədlər ilkin yoxlamadan keçəcək. 20 günlük mərhələdə isə sənədləri qaydasında olan müraciətçilərin ərizələri icraata alınacaq və təhsil müəssisəsi tərəfindən yekun qərar veriləcək. Tələbələr müraciət etdiyi zaman Bu zaman onlara belə bir bildiriş göndəriləcək: “Hörmətli tələbə sizin elektorn müraciətinizə təhsil müəssisəsi tərəfindən müsbət rəy verildikdən sonra bu rəyi yekundə “təsdiq edirəm” düyməsini sıxaraq təsdiqləməsiniz müraciətiniz qüvvədən düşəcək”. Bu bildiriş 20 günlük mərhələnin sonunda təhsil müəssisəsinin veridyi yekun qərarı tələbənin 3 gün ərzində təsdiq etməsinin vacibliyini, əks halda müraciətin avtomatik ləğv olunacağı ilə bağlıdır. Müraciətdən sonra təhsil müəssisəsi tərəfdən tələbəyə iki bildirişdən biri göndərilir: mənfi və ya müsbət. Mənfi rəy olduqda tələbə 7 gün ərzində yenidən sənədlərini qaydaya salaraq müraciət edə bilər. Müsbət cavab verilib müraciət icraata götürüldükdə tələbə yekun qərarı gözləyir. Növbəti 20 gündə təhsil müəssisəsi protokola uyğun hazırlanmış köçürməyə dair yekun qərarı tələbinin elektorn kabinetinə göndərir. Yekun qərarda tələbəyə yaranacaq kredit borcu, təhsil haqqı və digər məlumatlar qeyd olunur. Tələbə təhsil müəsisəsinin qərarını 3 gün ərzində təsdiq və ya imtina etməlidir. Nəticələr elan edildikdən sonra imtina almış tələbələr iki iş günü ərzində apellyasiya üçün müraaciət edə bilərlər.

©modern.az

AzPost.az

Post navigation

Previous: Vəkillər Kollegiyasının sədri ədliyyə orqanlarına qəbul olunan şəxslərə icbari tədris keçib
Next: “iPhone 17”-nin təqdimat tarixi açıqlandı

Oxşar xəbərlər

ilham zengi01
  • Ölkə

Prezident və birinci xanım Zəngilanda – YENİLƏNİB

User 06 Noyabr 2026 - 14:31
ramiz mehdiyev
  • Ölkə

Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqlənib

User 30 Oktyabr 2026 - 17:27
ilham yap02
  • Ölkə

YAP Təftiş Komissiyasının sədri seçilib

User 30 Oktyabr 2026 - 16:41

xƏBƏR

ilham aliyev
  • Baş Yazı

Hərbçilərə ali hərbi rütbələr verildi – SƏRƏNCAM

User 07 Noyabr 2026 - 13:48
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam...
Read more about Hərbçilərə ali hərbi rütbələr verildi – SƏRƏNCAM
“Çırağ”ın gətirdiyi qazanc…- 29 ilə 60 mlrd dollar ciraq
  • İqtisadiyyat

“Çırağ”ın gətirdiyi qazanc…- 29 ilə 60 mlrd dollar

User 07 Noyabr 2026 - 13:17
İlham Əliyev Ağdam Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub ilham aqdam01
  • Sosial

İlham Əliyev Ağdam Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

User 07 Noyabr 2026 - 13:11
İlham Əliyev Xankəndidə -Təməlqoyma mərasimlərində iştirak edib ilham xankendi
  • Baş Yazı

İlham Əliyev Xankəndidə -Təməlqoyma mərasimlərində iştirak edib

User 07 Noyabr 2026 - 11:25
7 noyabrın ulduz falı – Sevgi, pul və işdə bürcləri nə gözləyir? burcler
  • Maraqlı

7 noyabrın ulduz falı – Sevgi, pul və işdə bürcləri nə gözləyir?

User 07 Noyabr 2026 - 11:16
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.