Kolleclərin boş qalan plan yerlərinə ixtisas seçimi başa çatır

Buraxılış imtahanlarının qrafiki
Buraxılış imtahanlarının qrafiki

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerləri üzrə ixtisas seçimi bu gün saat 23:59-da başa çatacaq.

Bu barədə DİM-dən məlumat verilib.

Ərizənin təsdiqlənmə qaydası

İxtisas seçmək hüququ olan abituriyentlər https://eservices.dim.gov.az/erizetex/ixtisas2/ internet ünvanında yerləşən “Abituri­yentin elektron ixtisas seçimi ərizəsi”ni doldurmalı və təsdiqləməlidirlər.

Müsabiqədə yalnız ərizəsini təsdiq etmiş abituriyentlər iştirak edə bilərlər.

 

Boş qalan yerlərin siyahısı “Abituriyent” jurnalının xüsusi buraxılışında təqdim olunub. Jurnalı DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), “Abituriyent” satış məntəqəsindən (Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi, 2A), həmçinin kitab mağazalarından almaq,  www.abiturient.az saytında və Wolt tətbiqində sifariş etmək mümkündür.  https://shorturl.at/B4g0M

Jurnalın elektron versiyası

Jurnalların elektron versiyasını (PDF formatda) www.abiturient.az saytında və ya DİM-in internet saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar. Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.