Ən azı 11 nəfər Kolumbiyada kömür mədənində dağıntılar altında qalıb.
Trend-in məlumatına görə, bu barədə Milli Mədənçilik Agentliyindən bildiriblər.
Məlumata əsasən, xilasetmə qrupu Boyaka departamentində Soça bələdiyyəsindəki kömür mədənində partlayış səbəbindən yaranmış fövqəladə vəziyyətdə iştirak edir:
“İtkin düşən 11 nəfərlə bağlı xilasetmə işləri aparılır”.
Üç mədənçini xilas etməyin mümkün olduğu qeyd olunur. Daha iki nəfərin də cəsədi tapılıb.