Kolumbiyada mədəndə partlayış olub –Ən azı 11 nəfər dağıntılar altında qalıb

Ən azı 11 nəfər Kolumbiyada kömür mədənində dağıntılar altında qalıb.

Trend-in məlumatına görə, bu barədə Milli Mədənçilik Agentliyindən bildiriblər.

Məlumata əsasən, xilasetmə qrupu Boyaka departamentində Soça bələdiyyəsindəki kömür mədənində partlayış səbəbindən yaranmış fövqəladə vəziyyətdə iştirak edir:

“İtkin düşən 11 nəfərlə bağlı xilasetmə işləri aparılır”.

Üç mədənçini xilas etməyin mümkün olduğu qeyd olunur. Daha iki nəfərin də cəsədi tapılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

AVRO-2020: Bu gün Bakıda ilk oyun keçiriləcək

Sonrakı məqalə

Neftin qiyməti artıb