Kolumbiyada məktəb avtobusu qəzaya uğrayıb, on altı nəfər ölüb

Kolumbiyanın şimal-qərbindəki Antiokiya departamentində məktəb avtobusunun qəzaya uğraması nəticəsində 16 nəfər ölüb, daha 20 nəfər yaralanıb.

“Report”un məlumatına görə, bu barədə yerli “El Tiempo” qəzeti xəbər verib.

Məlumata görə, orta məktəbin bir qrup məzununu daşıyan avtobus naməlum səbəbdən yoldan çıxaraq Remedios bələdiyyəsi ərazisində dərəyə aşıb. Hadisə nəticəsində azı 16 nəfər ölüb, daha 20 nəfər yaralanıb.

Qəzanın səbəbini Yol Təhlükəsizliyi Milli Agentliyi araşdırır.

“Hazırda müvafiq orqanlar qəzanın səbəbini müəyyən etmək üçün araşdırma aparır”, – qurumun açıqlamasında deyilir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.