Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi fəaliyyət göstərdiyi 20 il ərzində ölkədə dini maarifləndirmə sahəsində ciddi təbliğat işləri aparıb.
O deyib ki, görülən işlər nəticəsində Azərbaycanın dövlət-din modeli dünyaya örnək kimi təqdim edilib: “Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, Azərbaycanın dövlət-din modelinin təşviq və təbliği ilə bağlı beynəlxalq konfranslarda mütəmadi iştirak etmişik”. Komitə sədri qeyd edib ki, Azərbaycanın müzəffər ordusunun Vətən müharibəsində qazandığı şanlı qələbəsi ilə torpaqlarımız işğaldan azad olunub: “Vətən müharibəsi dövründə ermənilərin bu müharibəni dini müstəviyə daşımaq cəhdlərinin qarşısı alınıb. Bu istiqamətdə Komitə, eləcə də ölkədəki dini konfessiyalar da geniş fəaliyyət göstəriblər. Ölkə başçısı tərəfindən Komitə işçiləri təltif olunub, bu da bizə və fəaliyyətimizə verilən dəyərdir. Ölkə başçısına dərin təşəkkürlərimizi bildiririk”.
Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollektivi Komitənin 20 illiyi ilə bağlı Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib. Komitənin kollektivi əvvəlcə Fəxri xiyabana gələrək Ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da məzarı üzərinə güllər düzülüb. Sonra Şəhidlər xiyabanına gedən Komitə kollektivi ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olanları ehtiramla yad edib, məzarları üzərinə gül düzüblər.