Kommunist Partiyasının Siyasi Bürosunun sabiq üzvü Yeqor Liqaçev 101 yaşında vəfat edib

Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin keçmiş katibi, Tomsk vilayətinin fəxri vətəndaşı Yeqor Liqaçev 101 yaşında vəfat edib.

Bu barədə Tomsk vilayət administrasiyasının informasiya siyasəti şöbəsinin müdiri Aleksey Sevostyanov bildirib.

Qeyd edək ki, Sovet və Rusiyanın siyasi dövlət xadimi Y.Liqaçev 1983-1990-cı illərdə Mərkəzi Komitəsinin katibi vəzifəsində çalışıb.

O, 29 Noyabr 1920-ci ildə Tomsk vilayətinin Dubinkino kəndində (indiki Novosibirsk vilayətinin Çulymski rayonu) anadan olub. 1985-ci ilin aprelindən Siyasi Büronun üzvü, 1985-1988-ci illərdə, Sov.İKP MK-nın ideologiya məsələlər üzrə məsul şəxsi idi.

SSRİ-də alkoqolla mübarizə kampaniyasının təşəbbüskarlarından olan Liqaçev Boris Yeltsinə söylədiyi, “Boris, yanılırsan” ifadəsi ilə də məşhur idi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda sabahdan Ramazan tətili başlayır

Sonrakı məqalə

Azərbaycanda 7 gün avtobuslar işləməyəcək