“Kondisioner virusun yayılmasını sürətləndirir” –

AÇIQLAMA
24 May 2021 - 10:06

Kondisioner virusun yayılmasını sürətləndirən ən böyük amillərdən biridir.

Bunu Trend-ə Milli Məclisin Səhiyyə komitəsinin üzvü İlham Məmmədov deyib.

Deputat bildirib ki, əgər otaqda bir nəfər yoluxmuş şəxs varsa kondisionerin işləməsi virusu bütün otağa yaya bilər və ona görə də bütün qaydalara ciddi əməl etməliyik.

İ.Məmmədov bildirib ki, artıq yay mövsümü gəlir və insanlar daha çox çölə çıxacaq, konditsionerdən daha çox istifadə edəcək:

“Biz heç də unutmamalıyıq ki, pandemiya hələ davam edir. Ümumdünya Səhiyyə Təşkilatı da elan edib ki, qapanmanı götürən bir çox ölkələrdə yoluxma yenidən artıb. Yəni biz ötən yaydakı qapanmanı yaşamaq istəmiriksə ilk növbədə qaydalara əməl eməliyik. Digər tərəfdən isə vaksinləşmə prosesində aktiv iştirak etməliyik.

Biz çalışmalıyıq ki, yoluxma sayını artırmayaq. Hazırda virusun azalması o demək deyil ki, pandemiya ortadan qalxıb. Ortadan o zaman qalxacaq ki, əhalimizin heç olmasa 60-70 faizi vaksinasiya olunsun. O zaman biz pandemiyanın ölkəmizdə sona çatması haqqında fikir irəli sürə bilərik”.