Konqres Trampın prezident seçildiyini təsdiqlədi –Qərarı Kamala Harris elan elədi /VİDEO

ABŞ Konqresi Nümayəndələr Palatasının və Senatın xüsusi birgə iclasında ABŞ prezidenti seçkilərinin nəticələrini təsdiqləyib.

Azpost.info bildirir ki, konqresmenlər Donald Tramp və J.D.Vensin qələbəsini təsdiq edib.

İclasa ABŞ-ın hazırkı vitse-prezidenti və Trampın seçkilərdəki rəqibi Kamala Harris rəhbərlik edib.

Rəsmi nəticələrə görə, Tramp 312 seçici səsi və 77,3 milyon vətəndaş səsi toplayıb.

Seçilmiş prezidentin andiçmə mərasiminin yanvarın 20-də keçirilməsi planlaşdırılır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.