“Konqresdə Rusiyaya qarşı sərt sanksiyaların qəbulu üçün çoxluq var” –ABŞ dövlət katibi

Hakan Fidan Rubio
Hakan Fidan Rubio

“ABŞ Konqresində Rusiyaya qarşı sərt sanksiyaların qəbulu üçün çoxluq var“.

Azpost bildirir ki, bunu ABŞ dövlət katibi Rubio deyib.

Onun sözlərinə görə, Senat Ağ Evin iştirakı olmadan belə Rusiyaya qarşı yeni sanksiyalara dair qanun layihəsini qəbul etmək üçün kifayət qədər səs toplayıb.

“Senator Lindsey Graham 80-ə yaxın həmmüəllif toplayıb. Rusiya ilə danışıqlarda irəliləyiş olmasa, Senat hərəkət etməyə məcbur olacaq”-, deyə Rubio əlavə edib.

Bloomberg-in daha əvvəl xəbər verdiyi kimi, Tramp danışıqları zamanı Putinə sanksiyaları dayandıra bilməyəcəyi barədə xəbərdarlıq edə bilər. Grahamın qanun layihəsi Rusiyadan neft, qaz və ya uran alan ölkələrdən idxala 500%-ə qədər tariflər tətbiqini nəzərdə tutur.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.