Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Konstitusiya və Suverenlik ili”nə həsr olunmuş qrant müsabiqəsində qalib olmuş “Konstitusiya Kuboku: Qarabağ gənclərinin intellekt liqası” layihəsinin I mərhələsinin oyunu keçirilib.
İlk öncə Azərbaycan Respublikasının himni səsləndirilib, Ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra layihə rəhbəri Müzəffər Kərimli tərəfindən Azərbaycan Respublikası Gənclər Fondu haqqında layihə iştirakçılarına məlumatlar verilib.
Layihənin I mərhələsinin oyununda 2 tur olmaqla komandalara 30 sual səsləndirilib və yarışma “Nə Harada Nə Zaman” formatında keçirilib.
Qarabağ Universitetində keçirilən layihənin əsas məqsədi region gəncləri arasında Konstitusiya dəyərlərinin artırılması, ümummilli lider Heydər Əliyev irsinin və ulu öndərin həyat və fəaliyyəti kimi mövzularda gənclərin məlumat bazasını artırmaq və bu məlumatları interaktiv formatda gənclərə aşılamaqdır.








