Konstitusiya Məhkəməsinin iclası başlandı –Parlament seçkilərinin nəticələri müzakirə olunur (YENİLƏNİB)

Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclası başlayıb.

İclasda Konstitusiyasının 86-cı maddəsinə uyğun olaraq, 2020-ci il fevralın 9-da Milli Məclisə keçirilmiş seçkilərin nəticələrinin yoxlanılması və təsdiq olunmasına dair məsələyə baxılır.

Plenumun iclasını açıq elan edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev məhkəmə heyəti və katibini təqdim edib. İclasda məruzəçi hakim Rövşən İsmayılov Milli Məclisə seçkilərin vaxtının təyin edilməsi, keçirilməsi və yekunları barədə məlumat verməyə başlayıb. (APA)

 

**

Bu gün Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclası keçiriləcək.

İclasda Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin nəticələrinə baxılacaq.

Azərbaycanda parlament seçkiləri fevralın 9-da keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Rusiyadan razılıqla geri dönəcəyimizə ümid edirəm” –

Sonrakı məqalə

Dolların bu günə olan rəsmi məzənnəsi