Məlahət adlı vətəndaş Kontakt Home mağazasından şikayətçidir. AzPost-a müraciət edən vətəndaş bildirib ki, mağazadan Evrolux markalı kombi alıb.
Quraşdırma zamanı bəlli olub ki, cihazın çatışmayan hissəsi var. Bu barədə mağazalar şəbəkəsinə dəfələrlə müraciət olunub. Lakin müştəriyə bildirilib ki, cihazın yalnız 50 faiz məbləğini qaytara bilərlər.
Hazırda müştəri çarəsiz durumda qalıb. Ödəniş etdiyi halda aldığı məhsulu istifadə edə bilmir.
Qeyd edək ki, müraciət edən vətəndaş şəhid xanımdır və oğlu hazırda zabit olaraq xidmət edir.
Kontakt Home mağazalar şəbəkəsi məsələyə münasibət bildirdiyi təqdirdə yazı yenilənəcək.