“Kontakt Home”dan televizor alan müştəri: “Ekran aralanıb üstümə gəldi… “

Kontakt Home
Kontakt Home

Emil Azadə adlı vətəndaş “Kontakt Home” mağazalar şəbəkəsi ilə bağlı yaşadığı problem barədə danışıb. AzPost xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb.

Bildirilib ki, servis zəmanəti ilə aldığı 1344.79 AZN dəyərində “Samsung” markalı televizor 3 aydan sonra yararsız hala düşüb. “Ekran aralanıb üstümə gəldi və” Kontakt Home”la uzun sürən söz söhbətlərdən sonra, nəticə olaraq mənim hüquqlarım kobud şəkildə pozuldu. Azərbaycan vətəndaşı olaraq öz ölkəmdə Kontakt Home tərəfindən edilən qanun pozuntusu nəticəsində həm maddi həm mənəvi ziyana uğradım”.

Vətəndaş qeyd edib ki, nə məhsul təmir olunub, nə də pulu qaytarılıb.

“Burdan hamıya məsləhət görürəm, qeyd etdiyim şəbəkədən məhsul alanda 100 dəfə düşünsünlər, araşdırsınlar, çünkü məhsulda problem çıxsa, sizi yola verəcəklər nəticə olaraq ziyana düşən müştəri olacaq. Çox peşmanam ki, “Kontakt Home”dan məhsul aldım.

Mağazalar şəbəkəsi müştərinin iddiasına rəsmi cavab verib.

Bildirilib ki, müştəriyə təqdim olunan məhsul tamamilə yeni və texniki cəhətdən saz vəziyyətdə təhvil verilib. Quraşdırma prosesi müştəri tərəfindən həyata keçirildikdən sonra cihazda zədə aşkarlandığı ilə bağlı müraciət daxil olunub. Servis mərkəzində aparılan diaqnostika nəticəsində müəyyən edilib və təsdiqlənib ki, zədə quraşdırma zamanı yaranıb. Bu cür hallar rəsmi zəmanət öhdəliklərinə daxil deyil. Buna baxmayaraq, müştəri məmnuniyyətini əsas götürərək ödənişli təmir və təmir xərclərinin aylara bölünməsi təklif edilib. Əgər müştərimiz razı olarsa, məhsulu ilə birlikdə istənilən zaman servis mərkəzimizə yaxınlaşa bilər”.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.