“Kontakt Home”un məhsulu haqqında araşdırma başladı

Kontakt Home
Kontakt Home

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi rəqəmsal və məişət texnikası, həmçinin mebel və tekstil satışı üzrə Azərbaycanın ən böyük mağazalar şəbəkələrindən “Kontakt Home”un sahibi “ABC-Telecom” MMC barəsində araşdırma aparır.

AzPost Yeniavaz.com-a istinadən xəbər verir ki, “Hoffmann” markalı yağla işləyən elektrik qızdırıcılarının satışı ilə əlaqədar rəqabət qanunvericiliyinin pozulması halları ilə bağlı müraciət daxil olub.

Bildirilir ki, rəqabət qanunvericiliyinin pozulması halları və əlamətləri müəyyən edilib və rəqabət qanunvericiliyinin pozulması haqqında iş qaldırılması məsələsinə baxılması üçün rəqabət komissiyasının yaradılması barədə qərar qəbul edilib.

Məlumat üçün qeyd edək ki, “Kontakt Home” Çin istehsalı olan “Hoffmann” markalı məhsulları uzun illər müştərilərə məşhur Almaniya brendi kimi satıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.