Koreyanın məşhur “BTS” qrupu ABŞ-da “İlin artistləri” seçilib –-VİDEO

Cənubi Koreya pop qrupu BTS “American Music Awards 2021” müsabiqəsində  “İlin artistləri” seçilib.

BTS bu kateqoriya üzrə mükafat alan ilk Asiya musiqiçiləridir.

“İlin artisti” adı uğrunda onlar Ariana Qrande, Dreyk, Oliviya Rodrigo, Taylor Svift və “The Weekend” ilə mübarizə aparıblar.

Bundan əvvəl “Time” jurnalı Cənubi Koreyalı qrupu “İlin artistləri” seçmişdi.

BTS bu il dünyanın ən uğurlu qrupu olub. Qrup ingilis dilində ilk mahnıları olan “Dynamite” hitinə görə “Grammy” mükafatına namizəd olub.

2013-cü ildə qurulan BTS K-pop üslubunda çıxış edir. Qrup yeddi musiqiçidən ibarətdir: RM (qrupun lideri), Çin, Syuqi, Cey-Houp, Çimin, Vi və Conquk.

https://twitter.com/i/status/1462665953590710273

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dolların bu günə olan məzənnəsi

Sonrakı məqalə

Sahibə Qafarova MDB PA-nın tədbirlərində iştirak edəcək