Qətər qazçıxarma obyeklərindən işçilərini təxliyə edir.
Azpost.info bildirir ki, bu barədə Reuters xəbər verir.
Məlumata görə, digər Körfəz ölkələri də neft və qaz obyektlərindən işçilərini təxliyə etməyə başlayıblar.
Bütün bunlar İrandan gələn təhdidlər fonunda baş verir.
İran İnqilab Keşikçiləri Korpusunun məlumatına görə, İranın neft qurğularına endirilən zərbələrə cavab olaraq düşmənin bütün enerji infrastrukturunu “yerlə-yeksan edəcək”. Bu gün İsrail və ABŞ İranın neft qurğularına ilk zərbələrini endirib və nəticədə neft qiymətləri qalxıb.