Koronadan sağalanların qan plazması müalicə üçün əlverişli deyil –

Araşdırma
07 Oktyabr 2021 - 08:05

Koronavirus keçirənlərin qan plazması COVID-19-u ağır keçirən xəstələrin müalicəsi üçün əlverişli olmadığı sübut edilib. Bu barədə “Journal of the American Medical Association”da dərc olunan məqalədə deyilir.

Beynəlxalq araşdırmaçıların bununla bağlı məqalələri “Journal of the American Medical Association” nəşrində dərc olunub.

Bildirilir ki, tədqiqatlar xəstəliyi ağır keçirən iki mindən artıq insanın iştiarkı ilə aparılıb. Üç həftə ərzində elm adamları iki donor plazma qurğusu köçürülən eksperimental və süni ventilyasiyaya ehtiyacı olmayan nəzarət qrupunda xəstəliyinin necə inkişaf edəcəyinə baxıblar.

Tədqiqat zamanı 99% halda qan plazmasının heç bir əhəmiyyətinin olmadığı və ağır xəstələr üçün fayda vermədiyi müəyyənləşib. Tibb işçilərinə məlum olmayan səbəblərə görə, eksperimental qrupda ölüm 37%, nəzarət qrupunda isə 38% olub.

Araşdırma müəlliflərindən birinin sözlərinə görə bu, plazmada yüksək keyfiyyətli anticisimlərin az olması, xəstəliyin inkişafının isə əksinə olması ilə əlaqədardır.

Bununla belə, bu müalicə üsulu immuniteti zəif olan 126 xəstənin vəziyyətini yaxşılaşdırıb.

Araşdırmalar davam edir.