“Koronavirus daha çox ağciyərə bağlanır” –

TƏBİB sədri
15 Dekabr 2020 - 15:32

“Ümumiyyətlə, viruslara hüceyrə demirik. Viruslar tikanabənər çıxıntılar vasitəsilə insan bədəninə bağlanırlar. SARS-Cov-2 virusu sünbülə bağlanan proteinlə insan orqanimzinə bağlanır”.

Bunu Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

O bildirib ki, bu virus daha çox ağciyərə bağlanır: “Virus mutasiyaya uğrayaraq bağlana bildiyi üçün orqanizmimizdə xəstəlik törədə bilir. Virus protein təbəqədən azad olunandan sonra RNT hüceyrəyə daxil olur və bu, daha təhlükəli mərhələdir. COVİD-19 xəstəliyinin qarşısının alınması üçün birinci yol xəstəliyə qarşı müalicənin tapılmasıdır. Bu, hazırda mümkün deyil. Digər bir yol sərt karantin metodudur. Bu da çox bahalı yoldur. Ən doğru seçim vaksinasiyadır. Bunun üçün alimlər xəstəliyin ilk günlərindən çalışırlar. Vaksinlərin hazırlanması 3 mərhələdən ibarətdir. Vaksinlər çox əhəmiyyətlidir. Bəzən bir insanın həyatını xilas etmək üçün bu gün bir neçə həyat təhlükə qarşısındadır. Demək olar ki, dünyada bütün xəstələrin reanimasiyada görüntüsü eynidir”.