“CoronaVac” vaksini inaktiv üsulla hazırlandığından daha təhlükəsizdir” –TƏBİB

“Pekində yerləşən “Sinovac Biotech” şirkətinin COVID-19 peyvəndi – “CoronaVac” inaktiv üsulla hazırlandığından daha təhlükəsizdir”.

Bunu Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

O bildirib ki, inaktiv üsulla hazırlanan vaksinlərlə biz uzun müddət peyvənd olunmuşuq: “Uzunmüddətli nəticələrlə bağlı məlumatlar da var. Təhlükəsizliyinə daha çox güvəndyimiz inaktiv üsulla hazırlanan vaksinlər bu gün çox geniş istifadə olunur. Qrip vaksinləri, quduzluq əleyhinə, hepatit əleyhinə vaksinlər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Koronavirus daha çox ağciyərə bağlanır” –

Sonrakı məqalə

Azərbaycanda son sutkada 4273 nəfər COVID-19-a yoluxub –