Koronavirus dünya iqtisadiyyatına 3 trilyon dollar zərər vuracaq –PROQNOZ

ABŞ-ın “Bloomberg” agentliyi koronavirusun (COVİD- 19) dünya iqtisadiyyatına 3,5 trln. ABŞ dolları zərər vuracağını açıqlayıb.

“Bloomberg” xəbər verir ki, dünya üzrə ümumilikdə 5 milyon şirkət risk altındadır.

Agentliyin hesabatına görə, xüsusən bu ilin ikinci yarısında seçkilər keçiriləcək ABŞ, Avropa və Yaponiya kimi ölkələrdə ümumi daxili məhsulun (ÜDM) artımında mənfi tendensiya müşahidə ediləcək.

Qeyd edək ki, ayrılıqda sektorlar üzrə koronavirus ən çox turizm, pərakəndə və istehlak sektorlarına ciddi zərbə vuracaq. Bundan başqa, investorların epidemiyanın getdikcə genişləməsi ilə “təhlükəsiz liman” axtarışı ilə əsasən qızıla və istiqrazlara yönəldiyi bildirilir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir