“Koronavirus itməyəcək, həmişəlik insanlarla birgə qalacaq”-

Rusiyalı akademik
04 Aprel 2020 - 13:12

“Koronavirus infeksiyası bundan sonra daha yoxa çıxmayacaq, vurs bəşəriyyətlə həmişəlik qalacaq”.

Azpost. Info bildirir ki, bu sözləri Rusiya Elmlər Akademiyasının akademiki, virusoloq Vitali Zverev bildirib. Onun sözlərinə görə, bu virusla planet əhalisinin 70 faizi yoluxacaq: “Ölüm faizi 5 faizdən azdır. Bu qripdən ölənlərin sayından az deməkdir. Qrip virusu ilə birgə yaşadığımız kimi, koronavirusla da birgə yaşayacağıq”-deyə akademik vurğulayıb.

Zverev qeyd edib ki, Rusiyada koronavirusa yoluxanların sayı on dəfələlərlə arta bilər. “Hətta bütün bunlara baxmayaraq ölüm faizi yenə də çox aşağı halda qalacaq”.