Koronavirus xəstələri Fransadan Almaniya və İsveçrə xəstəxanalarına daşınır

Bazar ertəsi hərbi vetolyotlar Fransanın şərqində həyatları uğrunda mübarizə aparan koronavirus xəstələrini Almaniya və İsveçrədəki xəstəxanalara daşıyıb.

İlk dəfə Fransanın şərq bölgəsində yayılmağa başlayan virus qərbə doğru irəliləyərək, Parisin böyük bir bölgəsini əhatə edib və oradakı xəstəxanalar xəstə axınının öhdəsindən gəlmək üçün əlavə çarpayılar qoymağa məcbur olub.

Martın 1-dən bəri koronavirus səbəbindən ölənlərin sayı 13 faiz artaraq, bazar günü 2.606 nəfərə, reanimasiyada olanların sayı 8,4 faiz artaraq 4632-yə çatıb. Bu, son günlərdə müşahidə edilən ən az artımdır.

Bütün bunlarla yanaşı baş nazir Eduard Filipp ölkənin 67 milyon əhalisi olan ölkədə epidemiyanın ən ağır həftələrinin hələ qarşıda olduğunu deyib. Paytaxtdakı həkimlər xəstəxanaların bazar ertəsi də dolu olmağa yaxın olduğunu bildirib.

“Bu gün pulmonoloji bölmə nə qədər mümkünsə o qədər dolub” – deyə, Parisdəki Corc Pompidu xəstəxanasının həkimi Ceromi Pino bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Suriyada qiyam qaldıran İŞİD-çi məhbuslar həbsxanadan qaçıb

Sonrakı məqalə

Dövlətin hər işçiyə görə ödəyəcəyi pulun məbləği bəlli oldu –