Koronavirus xəstələrinin saxlandığı 6 mərtəbəli otel çökdü –

C

Çində karantində olan koronavirus xəstələrinin qaldığı 6 mərtəbəli otel çöküb.

Hadisə Quançjou şəhərində baş verib.

Çin KİV-ləri bildirir ki, dağıntılar altında ən azı 70 nəfər qalıb, indiyədək onlardan 2 nəfərin meyiti çıxarılıb, 50 nəfər isə xilas edilib.

Binanın çökmə səbəbi hələlik məlum deyil.

Qeyd edək ki, COVID-19 epidemiyasının yayılması səbəbi ilə Çində, xüsusilə də Hubey əyalətində bir sıra iaşə obyektləri funksiyasını dəyişdirərək xəstəxana kimi fəaliyyət göstərir. Çökən otel binası da belə obyektlərdən biridir.(Virtualaz.org)

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Çində ötən gecə 27 nəfər koronavirusdan ölüb

Sonrakı məqalə

Sabah hava dumanlı olacaq