Koronavirusa görə Azərbaycanda SAT imtahanları ləğv edildi –RƏSMİ AÇIQLAMA

Azərbaycan və koronavirus tapılan digər ölkələrdə martın 14-ə təyin edilmiş SAT imtahanları ləğv edilib. 

Bu barədə SAT-ın təşkilatçısı olan «College Board» şirkəti məlumat yayıb. Şirkətin açıqladığı elanda bildirilir ki, koronavirusun (COVID-19) yayılmasını diqqətlə izləyir və vəziyyət sürətlə dəyişdiyinə görə, tələbələrin və müəllimlərin sağlamlığı əsas məsələdir.

Şirkət elan edib ki, beynəlxalq səhiyyə təşkilatlarının göstərişlərinə uyğun olaraq, eləcə də, hazırda mövcud olan səfərlərə və məktəblərə qadağalarla əlaqədar olaraq koronavirus tapılmış ölkələrdə martın 14-ə təyin edilən SAT imtahanları ləğv edilib.

İmtahanda qeydiyyatdan keçmiş tələbələr buna görə ödənişlərini geri alacaqlar. İmtahan ləğv edilən ölkələr aşağıdakılardır.
Azərbaycan,

Bəhreyn,

Çin (bəzi ərazilər istisna olmaqla),

Gürcüstan,

İraq,

İtaliya,

Yaponiya,

Küveyt,

Livan,

Monqolustan,

Qətər,

Səudiyyə Ərəbistanı,

Cənubi Koreya və  BƏƏ.
«Bu siyahı dəyişə bilər»- deyə elanda bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İrandan qayıdan daha iki Azərbaycan vətəndaşında koronavirus aşkarlandı

Sonrakı məqalə

Milli Məclis Sədrinin müavini postuna Adil Əliyevin namizədliyi irəli sürülüb