“Koronavirusa görə hər həftə 10-14 min insan ölür”- ÜST sədri

“Koronavirus səbəbindən dünyada hər həftə ən azı 10-14 min insan ölür. Lakin çox güman ki, real rəqəmlər daha yüksəkdir”.

Azpost.info xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sədri Tedros Adhanom Qebreyesus deyib.

Onun sözlərinə görə, vəziyyətin səbəblərindən biri Çindəki ölüm halları ilə bağlı tam məlumatın olmamasıdır.

“Ötən həftə 11,5 min ölüm haqqında məlumat aldıq ki, bunun da təxminən 40 faizi Amerikada, 30 faizi Avropada və 30 faizi Qərbi Sakit okean regionundadır. Biz bütün ölkələrdən tam məlumat vermələrini xahiş edirik. Nə qədər çox məlumatımız olsa, mənzərə bir o qədər aydın olar”, – Qebreyesus bildirib.

O qeyd edib ki, bəşəriyyət hazırda koronavirusla bağlı ölüm hallarının qarşısını almaq üçün imkanlara malikdir.

ÜST rəhbəri bütün ölkələri risk altında olan insanların tam peyvəndlənməsinə diqqət yetirməyə çağırıb.

Azpost.info

Əvvəlki məqalə

Rusiya və İran prezidentləri telefonla danışıblar

Sonrakı məqalə

Türkiyə Ukraynanı atəşkəsə çağırıb