Türkiyə Ukraynanı atəşkəsə çağırıb- Açıqlama

Türkiyə müdafiə naziri Hulusi Akar ukraynalı həmkarı Aleksey Reznikovla telefon danışığı aparıb.

Azpost.info xəbər verir ki, Akar insan tələfatının qarşısını almaq üçün Reznikovu atəşkəsə çağırıb.

Akar bildirib ki, atəşkəslə bölgədə sabitlik bərpa olunacaq.

Bundan başqa, Akar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın və Ankaranın sülhə töhfə verməkdə davam etmək, eyni zamanda bütün səviyyələrdə humanitar yardım göstərmək niyyətindən danışıb.

O, İstanbul müqaviləsi çərçivəsində yaradılmış Birgə Koordinasiya Mərkəzinin işinə toxunub. Nazirin sözlərinə görə, taxıl müqaviləsi sayəsində Ukrayna limanlarından ehtiyacı olan ölkələrə 17 milyon ton taxıl çatdırılıb.

Azpost.info

Əvvəlki məqalə

“Koronavirusa görə hər həftə 10-14 min insan ölür”

Sonrakı məqalə

Prezident İlham Əliyev İtaliyanın müdafiə nazirini qəbul edib