Koronavirusa qarşı peyvəndin tətbiqi ilin sonunda başlana bilər

Koronavirusa qarşı peyvəndin ilk tətbiqinə hər şey qrafikə uyğun gedərsə, ilin sonuna qədər başlanıla bilər.

Moderna biotexnologiya şirkətinin bazar ertəsi bildirdiyinə görə, ABŞ-ın Ərzaq və Dərman Administrasiyası ( – Food and Drug Administration) peyvəndin fövqəladə hallarda istifadəsinə icazə verilməsi məsələsini dekabın 17-si və ya buna yaxın tarixlərdə nəzərdən keçirəcək.

Moderna FDA ilə dekabrın 10-da görüş planlaşdıran Pfizer və BioNTech əczaçılıq şirkətlərinin ardınca gedir. Çərşənbə axşamı keçiriləcək başqa bir iclasda isə təsdiqləndikdən sonra məhdud ilkin peyvəndlərdən kimin istifadə edə biləcəyi barədə tövsiyələr ediləcək.

Bir il əvvəl məlum olmayan xəstəliyə qarşı yeni peyvənd görünməmiş sürətlə inkişaf etdirilib. Təxminən 50 ilə yaxındır immunizasiya ilə məşğul olan Emori Universiteti Peyvənd Mərkəzinin müdir yardımçısı Volter Orenşteyn buna bənzər bir şey görmədiyini deyib.

“Belə bir qısa müddətdə geniş istifadə üçün potensial peyvənd namizədlərinin olması həqiqətən möhtəşəm bir işdir” – deyə, o bildirib.

Orenşteynin bildirdiyinə görə, şirkətlər və ABŞ hökuməti peyvəndlərin təhlükəsiz və sürətlə hazırlanmasına milyardlarla dollar xərcləyib.

Ərzaq və Dərman Administrasiyası hər bir istehsalçıya yaşıl işıq verdikdən sonra dərhal peyvəndlərin tətbiqinə başlanılacağı gözlənilir.

Həm Moderna, həm də Pfizer/BioNTech qrupu peyvəndlərinin 90%-dan çox təsirli olduğunu göstərən klinik sınaqların nəticələrini açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalov vəzifədən azad olundu

Sonrakı məqalə

Co Bayden iqtisadi komanda üzvlərini təqdim edib